BAKI, 13 iyun — Sputnik. Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi paytaxt sakinlərinə və qonaqlarına müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilib ki, iyunun 12-dən iyulun 5-dək “Formula-1” yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq “Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılır.
“Eynı zamanda “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”na ekskursiyalar təşkil olunacaq”, — məlumatda qeyd edilib.