BAKI, 13 iyun — Sputnik. ABŞ-ın müdafiə naziri Cim Mattis Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhrandan danışıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pentaqon rəhbəri, münaqişədə ortaq nöqtənin tapılmasının zərurətini qeyd edib.
Onun sözlərinə görə, ortaq zəmin formalaşdırıb, birlikdə hərəkət etmək lazımdır: "Bu, çətin bir prosesdir, qəbul edirəm. Birlikdə hərəkətə edəcəyimiz halda belə, asan deyil".
Cim Mattis, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford ilə Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində 2018-ci il maliyyə ilinin müdafiə büdcəsi haqqında da danışıb. Konqresmen Adam Smit isə, müdafiə nazirinə "ABŞ Qətərə qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməlidirmi" sualını ünvanlayıb.
Nazir Mattis böhranı çox mürəkkəb olaraq xarakterizə edib və hələ də bölgədə ortaq bir zəminin mümkün olduğunu deyib: "Qətərdə ən böyük hərbi bazalarımızdan biri yerləşir. Qətər ilə qarşılıqlı əməkdaşlığımız var. Təbii ki, hər hansı bir terror qrupuna dəstək verilməsi doğru deyil".