Üç ölkə Avropa Birliyindən atıla bilər

© REUTERS / Marko DjuricaБеженцы и мигранты пересекают Старый савский мост в Белграде, столице Сербии, 11 ноября 2016 года
Беженцы и мигранты пересекают Старый савский мост в Белграде, столице Сербии, 11 ноября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qərarın sözügedən ölkələrin Birlikdən çıxarılmasına səbəb olub-olmayacağı prosesin gedişində bilinəcək

BAKI, 13 iyun — Sputnik. Avropa Birliyi (AB), qanunun tələblərinə rəğmən mühacir qəbul etməyən Çexiya, Macarıstan və Polşa haqqında hüquqi prosesə start verib.

Avrokomissiyanın açıqlamasında Çexiya, Macarıstan və Polşaya dəfələrlə bu mövzuda müraciət edildiyi xatırladılıb. Lakin bu ölkələr çağırış və müraciətlərə məhəl qoymayaraq AB Şurasının qərarlarından yaranan öhdəliklərə məhəl qoymayıblar.

"Bununla bağlı Komissiya bu üç ölkə haqqında öhdəliklərin yerinə yetiriliməməsi mövzusunda hüquqi prosesin başlanmasına qərar verdi" — açıqlamada bildirilir.

Bu qərarın sözügedən ölkələrin Birlikdən çıxarılmasına səbəb olub-olmayacağı prosesin gedişində bilinəcək.

Xəbər lenti
0