Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şirməmməd Hüseynov: “Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm”

Abunə olmaq
Mən ən yaxşı vaxtlarımı Cümhuriyyət irsinin öyrənilməsinə həsr etmişəm, professor Şirməmməd Hüseynov belə deyir

Şirməmməd Hüseynov: “Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm”
Tədqiqatçı professor, qocaman jurnalist Şirməmməd Hüseynov deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti irsini qoruyub saxlamaq, onu yada salmaq bu dövləti quranların xatirəsinə böyük hörmətdir. Sputnik Azərbaycan xəbər verir ki, professor bu fikirləri “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimatında səsləndirib.

“Biz onlara borcluyuq. Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm. Mənim ən yaxşı vaxtım o kişilərin yazdıqlarını oxumaqdır, sonra köçürməkdir. XX əsrdə bizim iki böyük dahimiz var. Onlardan biri dövlətimizi, o biri isə musiqimizi yaradıb”.

“Cümhuriyyətin 1 ili tamam olanda bir “İstiqlal” məcmuəsi buraxdılar. Üzeyir bəy orada siyasətdən yazmadı, Azərbaycan türklərinin musiqisi tarixindən yazdı. Mən axırıncı cildə ön söz yazmadım. Məhəmməd Əmin Rəsulzadənin sözlərini yazdım. O deyirdi ki, Müsavatdan başqa heç bir siyasi partiya və ya siyasi xadim müstəqil Azərbaycan söhbəti etməyib. Hətta biz müstəqil Azərbaycan şüarını ortaya qoyanda onlar bizi ələ salıb xəyalpərəst adlandırırdılar” – deyə o bildirib.

Xəbər lenti
0