CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər diqqətli olmalıdırlar

© Sputnik / Murad OrujovПоезд Stadler на бакинском железнодорожном вокзале
Поезд Stadler на бакинском железнодорожном вокзале - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olub

BAKI, 12 iyun — Sputnik. Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Bu barədə Sputnik Azərbaycana "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. Onun sözlərinə görə, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək — on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-30-da yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, www.ady.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti
0