BAKI, 12 iyun — Sputnik. Qətərin maliyyə naziri Əli Sherif al-Emad ölkəsinin iqtisadiyyatını və pul vahidini bəzi ərəb ölkələrinin tətbiq etdiyi sanksiyalardan rahat qoruya biləcəyini söyləyib.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, maliyyə naziri verdiyi açıqlamada 4 ərəb ölkəsinin də sanksiyalara görə zərər görəcəyini deyib: "Bir çox adam bundan tək itirənin biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcək".
Səudiyyə Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn keçən həftə bir sıra təşkilatları və İranı dəstəklədiyi səbəbiylə Qətər ilə diplomatik əlaqələri kəsib və sərhədləri bağlayıb. Daha sonra bəzi digər ərəb dövlətləri də bu dörd ölkəyə qatılıb.