BAKI, 12 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin 2017/18-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasinin magistraturalarina qəbul imtahanlarında respublika üzrə fərqlənən tələbələr UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olublar.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədovla magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyliyə mərkəz haqqında ətraflı məlumat verərək, ixtisasların yeni beynəlxalq standartlarda hazırlanan tədris planlarını onlara təqdim edib. Mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə imkanı, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanları tələbələrin xüsusi marağına səbəb olub.
Görüşün sonunda tələbələr mərkəzdəki təhsil və tədris üçün yaradılan şəraitdən məmnun qalaraq, təhsil almaq üçün UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçəcəklərini bildiriblər.
Qeyd: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün 29 iyun 2015-ci ildə UNEC Elmi Şurasının qərarı ilə yaradılıb. Mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılır.