Birinci xanım iqamətgahını dəyişdi

© AP Photo / J. Scott ApplewhiteМеланья Трамп
Меланья Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl xəbər verilmişdi ki, ABŞ prezidentinin xanımı Tramp Ağ Evə köçəndən sonra da Nyu-Yorkda qalmağı planlaşdırır

BAKI, 12 iyun — Sputnik. ABŞ-ın Birinci xanımı Melanya Tramp və onun kiçik oğlu Berron Donald Tramp ABŞ prezidenti postunu rəsmən tutandan 4,5 ay sonra nəhayət Ağ Evə köçüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Melanya Tramp özünün Twitter-dəki mikrobloqunda yazıb. Ağ Evin pəncərəsindən çəkilmiş şəkli paylaşan Melanya "Yeni evimizdə yaşanacaq xatirələri səbirsizliklə gözləyirik" — yazıb. O, mesajının arxasına #Movingday (hərəkətgünü) həştaqını yerləşdirib.

Daha əvvəl xəbər verilmişdi ki, ABŞ prezidentinin xanımı Tramp Ağ Evə köçəndən sonra da Nyu-Yorkda qalmağı planlaşdırır. Bu, ailənin 10 yaşlı kiçik oğlu Berronun dərs ilinin sonuna qədər Nyu-Yorkda qalıb təhsilini davam etdirməsi ilə əlaqədar idi.

Nyu-Yorkda Tramp ailəsinin təhlükəsizliyinin təmin olunması üçün şəhər polis idarəsinə gündəlik 127 min dollardan 146 min dollara qədər vəsait ödənilir.

Xəbər lenti
0