İlin qalibləri elan olundu

© Photo : NETTYNETTY 2017 Azərbaycan Milli İnternet Mükafatının qalibləri
NETTY 2017 Azərbaycan Milli İnternet Mükafatının qalibləri - Sputnik Azərbaycan
Abunə olmaq
NETTY 2017 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi

BAKI, 12 iyun — Sputnik. 13-cü NETTY 2017 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirilib. Rəsmi şəraitdə NETTY akademikləri cari ildə ən yaxşı milli veb-saytların, sosial səhifələrin, proqramların və layihələrin adlarını elan ediblər.

Ölkənin iri İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak ediblər. Beləliklə, bu ilin qalibləri:

İdman: https://www.baku2017.com/

Şəxsi səhifə: http://www.djakg.com/

Elektron kommersiya: http://zoomagazin.az/

Korporativ sayt: http://www.ateshgah.com/

Servis-sayt: http://lalafo.az/

Cəmiyyət: http://greenbaku.az/

Elm və təhsil: http://prospectacademy.az/

İnformasiya və xəbərlər: http://sputnik.az/

Mədəniyyət və incəsənət: http://www.gobustan-rockart.az/

Dövlət saytı: http://mod.gov.az/

Azərbaycan: http://fontlar.info/

Ən yaxşı Facebook səhifəsi: https://www.facebook.com/bodycare.online.shop/

Virtual jürinin seçimi: http://www.ferdiders.az/

Mobil avadanlıqlar üçün ilin proqramı: Baku Airport

İlin İT-hadisəsi: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Baktelekom" tərəfindən reallaşdırılan "İctimai İnternet" layihəsi

İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat: Rahid Ələkbərli

Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev NETTY-2017 mükafatını alır - Sputnik Azərbaycan
Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu

Bu il Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru — Azercell şirkətidir. Mükafatın partnyorları: BakuTel sərgisi, SmartHost.az şirkəti, Renley.az İnternet-agentliyi, Kassir.az layihəsi, Fireland Vineyards, Dejure.az layihəsi, Acqalma.az layihəsi. Tədbirə İnformasiya dəstəyini Infocity.az, CBC telekanalı, 1news.az, Oxu.az, Disput.az, Salamnews.org, GameZone Baku, Autoradio.az saytları göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.

Xəbər lenti
0