Deputatdan açıqlama: İki gündür şəhərlərdə ilanlar dolaşır...

© Sputnik / E. VilchinskyKobra ilanı
Kobra ilanı - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat ilanların şəhərlərdə göründüyünü, bunun zəlzələnin xəbərçisi olduğunu dedi, 2 saat sonra zəlzələ oldu

BAKI, 12 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan sabiq deputatı Melda Onurun episentri Egey dənizində olan zəlzələdən 2 saat əvvəl sosial mediada yazdığı zəlzələ xəbərdarlığı diqqət çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, Melda Onur bu gün Türkiyədə qeydə alınan 6.3 bal gücündəki zəlzələdən cəmi 2 saat əvvəl Twitter hesabından belə bir paylaşım edib:

"İki gündür şəhər mərkəzlərində ilanların görünməsi barədə xəbərlər dolaşır. Sonuncu dəfə 1999-cu ildə baş verən zəlzələdən əvvəl belə hal olmuşdu. Demədi deməyin". 

Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyə yenə güclü zəlzələ ilə silkələndi

​Onurun bu tweet-ini bir neçə dəqiqədə minlərlə adam paylaşıb. Onur zəlzələdən sonra paylaşdığı tweet-də isə öz şərhinə şaşırdığını gizlətməyib: "Allahım, yanına gəlirəm!"

Xatırladaq ki, Egey dənizində Rixter şkalası üzrə 6.3 bal gücündə zəlzələ baş verib. Mərmərə və Egeydə hiss edilən zəlzələ İzmir, İstanbul, Bursa, Çanaqqala, Tekirdağ kimi bir çox bölgədə təşviş doğurub. İlkin məlumatlara görə, zəlzələnin episentri İzmir yaxınlığında olub.

Boğaziçi Universitetinin Kandilli rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutundan verilən məlumata görə, episentri Egey dənizində olan 6.3 ballıq zəlzələ meydana gəlib. Silkələnmə İzmir, İstanbul, Çanaqqala, Tekirdağ və Bursada da hiss edilib. Zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələdən zərər çəkənlər barədə hələlik məlumat verilməyib.

Xəbər lenti
0