CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomatlar indi bu yeni peşəni öyrənməli olacaqlar

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hökuməti insan alveri ilə mübarizədə mərhələli siyasət həyata keçirir

BAKI, 12 iyun — Sputnik. İlk dəfədir ki, insan alveri ilə mübarizədə diplomatlar iştirak edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Biz üçtərəfli əməkdaşlığın yeni səhifəsini açırıq və uğurlu inkişafa ümid edirik. Bu, traffikinqlə mübarizə sahəsində azərbaycanlı diplomatların qoşulduğu ilk belə layihədir. Diplomatlar üçün ayrıca seminarlar keçiriləcək ki, onlar insan alverinin nə olduğu və öz işlərində bu məqama necə diqqət göstərmək lazım gəldiyi barədə anlayışlar əldə etsinlər. Bu ona görə zəruridir ki, bizim diplomatlarımız traffikinq qurbanı olan vətəndaşlarımıza kömək edə bilsinlər" — deyə Məmmədquliyev Azərbaycn hökuməti ilə Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının birgə həyata keçirdiyi "Azərbaycanda insan alveri ilə mübarizə potensialının genişləndirilməsi" layihəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti insan alveri ilə mübarizədə mərhələli siyasət həyata keçirir. AR XİN təkcə körpü rolunu oynamayacaq, həm də layihənin həyata keçirilməsinə mümkün yardımı edəcək.

"Azərbaycan Avropa İttifaqı ilə səmərəli əməkdaşlıqda maraqlıdır və bizim üçün Avropa ölkələrinin təcrübəsi vacibdir. Hazırda biz strateji tərəfdaşlıqla bağlı yeni razılaşma üzrə danışıqlar aparırıq. Biz inanırıq ki, bu razılaşma Avropa ittifaqı ilə Azərbaycan arasındakı münasibətləri yeni səviyyəyə gətirəcək" — deyə nazir müavini bildirib.

Xəbər lenti
0