BAKI, 12 iyun — Sputnik. 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib.
APA-nın verdiyi məlumata görə, onun yeni adı Fyotolf Hansendir.
A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.
Xatırladaq ki, 2011-ci ildə Anders Breyvikin törətdiyi terror zamanı 77 nəfər ölüb, 240 nəfər yaralanıb. O əvvəlcə parlament binası qarşısında park etdiyi nəqliyyat vasitəsini partladaraq 8 nəfərin ölümünə səbəb olub, sonra isə 69 nəfəri silahla vuraraq qətlə yetirib.