BAKI, 12 iyun — Sputnik. Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra Mühafizəkarlar Partiyasının lideri və baş nazir Tereza Mey yeni kabineti formalaşdırıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeni kabinetin tərkibi Böyük Britaniyanın baş nazirliyi tərəfindən açıqlanıb.
Yeni kabinetdə bir çox nazir seçkidən əvvəlki mövqelərini qoruyub. Böyük Britaniya mətbuatı tərəfindən "Meyin dostu və yaxın ortağı" olaraq adlandırılan əmək və pensiya naziri Damian Green Baş nazir müavini vəzifəsinə gətirilib. 2010-2016-ci illərdə kabinetdə müxtəlif vəzifələrdə olan Maykl Qovun da Ekologiya, Qida və Kənd İşlər Nazirliyinə rəhbər gətirilərək, kabinetə təkrar daxil olub.
Yeni kabinetdə yer alan Mühafizəkarlar Partiyasından olan nazirlər bunlardır:
Baş nazir Tereza Mey
Baş nazirin müavini Damian Grin
Maliyyə naziri Filip Hammond
Daxili işlər naziri Amber Rudd
Xarici işlər naziri Boris Conson
Müdafiə naziri Maykl Fallon
"Brexit" naziri Devid Devis
Səhiyyə naziri Ceremi Hant
Ədliyyə naziri Devid Lidinqton
Təhsil naziri Castin Grininq
Beynəlxalq ticarət naziri Liam Foks
Nəqliyyat naziri Kris Qreylinq
və digərləri.