BAKI, 12 iyun — Sputnik. İyunun 12-nə keçən gecı Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan mağazanın yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.