BAKI, 11 iyun — Sputnik. Bu gün Bakıdakı "Metropark" ticarət mərkəzinin ərazisinə giriş bağlanıb və oradakı şəxslər təxliyə olunublar. Səbəb isə binaya partlayıcı qurğu yerləşdirilməsi barədə zəng olub.
Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng bu gün 18.00 radələrində şəhərdəki taksofonların birindən edilib.
Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər.
Hazırda "telefon terrorçusu"nun axtarışları davam etdirilir.