CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lər bu şərtə əməl etməsə...

© Photo : ems.gov.azFərasət Qurbanov
Fərasət Qurbanov - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyir ki, dövlət qurumları sürətli şəkildə öz xidmətlərini elektron qaydada təşkil edirlər

Fərasət Qurbanov: “Son illərdə bu sahədə çox ciddi addımlar atılıb”
QHT-lərin elektron resurslardan istifadəsini təmin etmək üçün müxtəlif addımlar atılır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.

“Dövlət qurumları sürətli şəkildə öz xidmətlərini elektron qaydada təşkil edirlər. Bütün dövlət qurumları kimi şura da xidmətlərini elektron resurslar üzərində qurmağa üstünlük verir. Son illərdə bu sahədə çox ciddi addımlar atılıb”.

“QHT-lərə Dövlət Dəstəyi Şurası bu ildən etibarən bütün apelyasiya şikayətlərini elektron qaydada qəbul edəcək. Bu ildən monitorinqlər də elektron qaydada aparılacaq” – deyə o bildirib.

Xəbər lenti
0