Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hava qərb bölgəsində fəlakət törətdi: təbiət insanlara qənim kəsilib

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Axşam saatlarında yağan güclü dolu Tovuz, Qazax və Ağstafanın bir sıra kəndlərində ciddi fəsadlar törədib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Qərb bölgəsinə yağan güclü dolu Tovuz, Qazax və Ağstafanın bir sıra kəndlərində ciddi fəsadlar törədib. Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, təbii fəlakət bəzi evlərin dam örtüyünü sıradan çıxarıb, meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan vurub. Dolu əsasən Tovuzun Qaraxanlı, Xatınlı, Qədirli, Əlimərdanlı, Mülkülü, Qazaxın Xanlıqlar, Çaylı, Ühkməzli, Daş Salahlı, Ağstafanın Eynallı və Köçəsgər kəndlərində daha çox müşahidə olunub. Kənd sakinlərinin bildirdiyinə görə 20 dəqiqəyə yağan dolunun diametri 10 sm-dən böyük olub.

Hazırda sözügedən rayonların Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanı müəyyən edirlər.

Xəbər lenti
0