BAKI, 11 iyun — Sputnik. Tanınmış jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Ondan öncə isə İsakov "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, məqalələri "Day.az", "1News.az", "Aznews.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub.
Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.
Yaşar İsakov Penitensiar xidmətdəki vəzifəsindən 2016-cı ilin mayında öz arzusu ilə ayrılmışdı.