BAKI, 11 iyun — Sputnik. Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb. APA-nın verdiyi məlumata görə, rayonun Sarıtəpə kənd sakini, 1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl Şəmkirdə daha iki nəfəri də ilan sancıb.
Rayonun Zəyəm qəsəbə sakini 1948-ci il təvəllüdlü Qaratel Hüseynova sağ əlindən, Bayramlı kənd sakini 1969-cu il təvəllüdlü İsa Xudaverdiyev sağ biləyindən ilan sancma xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Hər üç xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.