BAKI, 11 iyun — Sputnik. Qazax rayonunda iki qardaş suda boğulub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.