Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu yağ zeytun yağından daha faydalıdır

CC0 / jtronocbc / MustardXardal bitkisinin çiçəyi
Xardal bitkisinin çiçəyi - Sputnik Azərbaycan
Abunə olmaq
Xardal yağı dərini qocalmaqdan qoruyur

BAKI, 10 iyun — Sputnik. Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı unikal müalicəvi məhsuldur.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, xardal yağı ürəyin sağlamlığını qoruyur, "pis" xolesterolun səviyyəsini aşağı salır, "yaxşı" xolesterolun səviyyəsini qaldırır.

Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini 70%-ə qədər azaldır. Həmçinin bu yağ  hipertoniyanın riskini azaldır və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər. Yağı digər bitki yağları kimi istifadə etmək olar — qidalara, salatlara əlavə etmək və s.

Xardal yağı dərini qocalmaqdan qoruyan E vitamini ilə zəngindir, onun tərkibində A vitamini, dəmir, kalsium, maqnezium kimi vacib minerallar da var.

Xəbər lenti
0