Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: “Qətərdə xaosun yaranması Türkiyənin marağında deyil”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, Türkiyə bunu anladığı üçün Qətərə dəstəyini davam etdirir

Fazil Mustafa: “Qətər müəyyən geri çəkilmələri nəzərdə tutacaq”
Qətər ətrafında yaranmış vəziyyət bölgəni qarışdırmaq, xaos yaratmaq istəyən qüvvələrin xeyirinədir. Bunu Sputnik Azərbaycana açıqlamasında millət vəkili Fazil Mustafa deyib. “Problemlər bu yolla həll olunmur. Türkiyə bunu anladığı üçün Qətərə dəstəyini davam etdirir. Ümid edirəm ki, Türkiyənin vasitəçiliyi ilə müəyyən məsələlərin dinc yolla həllinə nail oluna bilinəcək”.

“Qətər önəmli bir ölkədir. Onu bu bəhanələrlə zəiflətmək əslində ərəb ölkələrinin özünün ziyanınadır. Düşünürəm ki, Qətər müəyyən geri çəkilmələri nəzərdə tutacaq. Bu qədər aqressiv formada bir ərəb ölkəsini çökdürmək onların özlərinin də ziyanınadır” – deyə o bildirib.

Xəbər lenti
0