SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Səudiyyə Ərəbistanına elə mesaj göndərdi ki...

© REUTERS / Cumhurbaşkanlığı/ Kayhan OzerRecep Tayyip Erdoğan - Kral Selman
Recep Tayyip Erdoğan - Kral Selman - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan ərəb ölkələrini Qətərə qarşı blokadanı qırmağa çağırıb

BAKI, 10 iyun — Sputnik. "İki həftə əvvələ qədər çox yaxşı əlaqələri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan etdilər? Mən bu günə qədər Qətərin terrora dəstək verdiyini görmədim. Ona görə də Türkiyə olaraq Qətəri dəstəkləməkdə davam edəcəyik".

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı iftar proqramı zamanı deyib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran Ərdoğan Səudiyyə Ərəbistanına müraciət edib: "Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu bizim haqqımızdır".

Xəbər lenti
0