BAKI, 10 iyun — Sputnik. İyunun 28-də Kipr problemi üzrə növbəti beynəlxalq konfrans keçiriləcək.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Məlumatda qeyd olunur ki, müzakirələr BMT baş katibinin himayəsi altında keçiriləcək. Danışıqlarda Kipr prezidenti Nikos Anastasiadis və Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı, həmçinin Avropa İttifaqından bir nəfər nümayəndəsi iştirak edəcək.
Böyük Britaniya, Yunanıstan və Türkiyə isə təminatçı ölkələr qismində çıxış edəcək.