Sumqayıtda uşaqlar kütləvi şəkildə zəhərlənib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt xəstəxanalarına zəhərlənmə diaqnozu ilə çox sayda uşaq daxil olub

BAKI, 10 iyun — Sputnik. Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub:

"Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.

Xəbər lenti
0