Nazirin cənazəsi Bakıya gətirilib

© Foto: APANatiq Əliyevin cənazəsi Bakı Mədəniyyət Mərkəzinin səhnəsində
Natiq Əliyevin cənazəsi Bakı Mədəniyyət Mərkəzinin səhnəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin cənazəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb

BAKI, 10 iyun — Sputnik. İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, nazirin cənazəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Bu gün saat 12:00-dan 14:00-a qədər keçiriləcək vida mərasimindən sonra Natiq Əliyev Fəxri xiyabanda torpağa tapşırılacaq.

Azərbaycanın energetika naziri ötən həftənin sonu ürəyində yarandığı narahatlıq səbəbindən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Burada nazirin ürəyi dayanıb və həkimlərin cəhdlərindən sonra ürəyin fəaliyyəti bərpa edilib. Xəstəxanada ürəyinə stendlər qoyulan Əliyevi xüsusi təyyarə ilə Türkiyəyə aparıblar.

Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Xəbər lenti
0