BAKI, 10 iyun — Sputnik. Azərbaycan energetika naziri Natiq Əliyev dəfn edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mərhum Şəhriyar klubunda keçirilən vida mərasiminin ardından II Fəxri xiyabanda torpağa tapşırılıb.
Natiq Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.
O, iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib. Onun cənazəsi bu gün vətənə gətirilib.