İranda qanlı toqquşma: 22 nəfər həlak olub

© AFP 2024 / ATTA KENARE İranda etirazlar, arxiv şəkli
İranda etirazlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müasir ordu silahlarından istifadə olunan qanlı toqquşmada 22 nəfər həyatını itirib

BAKI, 10 iyun — Sputnik. Ötən gecə İranın Huzistan vilayətinin Ramhörmüz diyarında qanlı toqquşma baş verib.

Sputnik Azərbaycan xarici KİV-ə istinadla xəbər verir ki, icmalar arasında baş vermiş bu qanlı toqquşmalarda azı 22 nəfər həlak olub.

Yerli hakimiyyət orqanları silahların istifadə olunduğu toqquşmada 22 nəfərin həlak olduğunu etiraf edib.

"Təəssüflə bildiririk ki, ötən gecə toqquşmalar zamanı müasir ordu silahlarından istifadə olunub və 22 nəfər ölüb" — deyə yerli hakimiyyətinin nümayəndəsi Hedayətollah Xademi (Hedayatollah Khademi) bildirib.

Xademi insidentin icmalar arasındakı köhnə ədavətdən qaynaqlandığını bildirib.

Xəbər lenti
0