CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda baba üç yaşlı nəvəsini öldürüb

© Sputnik / Murad OrujovTəcili yardım maşını, arxiv şəkli
Təcili yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zığ qəsəbəsində babanın ehtiyatsızlığı ucbatından üç yaşlı körpə həlak olub

BAKI, 10 iyun — Sputnik. Bakıda baba ehtiyatsızlıqdan nəvəsini öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu faciəvi hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Məmməd Seyidov idarə etdiyi "Nissan" markalı, 99 FT 314 dövlət nömrə nişanlı avtomobili arxaya verərkən nəvəsi, 2014-cü il təvəllüdlü İsrayıl Zalovu vurub. Nəticədə uşaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0