Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ailələr dalaşdı, iki uşaq anası intihar etdi

Abunə olmaq
Şabranda otuz beş yaşlı gəlin intihar edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 9 iyun — Sputnik. Şabran rayonunda 35 yaşlı qadın intihar edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Sincanboyad kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Bədəlova Bəşarət Əjdər qızı intihar edib. O, özünü kəndin meşəsindəki ağacdan asıb.

İlkin ehtimala görə, intihar məişət münaqişəsi zəminində baş verib. Belə ki, mərhumun atasıgilin ailəsi ilə qayınatasının ailəsi arasında söz-söhbət yaranıb. Ailələr arasındakı davalara tab gətirməyən qadın çarəni özünü öldürməkdə görüb.

Məlumata görə, Bədəlovanın iki azyaşlı övladı var.

Onun meyiti kənd sakinləri tərəfindən aşkarlanıb və təcili tibbi yardım çağırılıb. Şahidlərin sözlərinə görə, meyit patoloqoanatomun müayinəsində olarkən, ailələr arasında münaqişə xəstəxanada da davam edirmiş. Tərəflər Bədəlovanın intiharına görə bir-birilərini günahlandırıblar.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0