CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideyn hansı halda övladının cəzasını çəkəcək - agah olun

CC0 / PUBLIC DOMAIN / Ailə masa arxasında, arxiv şəkli
Ailə masa arxasında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis sözügedən qanun layihəsini qəbul edərsə, cəmiyyətdə önəmli dəyişikliklər baş verəcək

BAKI, 9 iyun — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Layihə qəbul olunsa, məcəlləyə yeni 522-ci (Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi) maddəsi əlavə ediləcək.

Люди в чайхане, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret çəkilməsinə gizli şərait yaradan müəssisələri nə gözləyir?

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə, valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə ediləcək.

Sputnik Azərbaycan müzakirəyə çıxarılan dəyişikliyin cəmiyyətə necə təsir edəcəyini araşdırıb. Millət vəkili Fazil Mustafa bildirib ki, yeni qanuna əsasən? valideynlər bilərəkdən uşaqların tütün və alkoqollu içkilərdən istifadə etməsinə şərait yaradırsa və valideyn uşağı bu məhsullarla təmin edirsə, bu zaman o, cərimə oluna bilər: "Amma uşaq valideynin xəbəri olmadan, gizlin şəkildə bunlardan istifadə edirsə, o zaman ana və ata cərimələnə bilməz".

F. Mustafa əlavə edib ki, yeni qanun qəbul ediləndən sonra Prezident bununla bağlı sərəncam verəcək: "Qanunda bu öhdəliyin hansı aidiyyatı orqana həvalə edilməsinin adı açıqlanacaq və onlar bu qanuna nəzarət edəcəklər".

"O ki qaldı satıcıların cərimələnməsinə, onların yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki və siqaret satmasını qadağan edən qanun çoxdan qəbul edilib. Amma bu qanun çox zaman pozulurdu. İnsanlar rüşvət alır və digər insanların hüquqlarını pozur. Buna görə də, bəzən qanunu pozanlar cəzalanmır. Təbii ki, yeni qanun qəbul olunandan sonra da cəza almayanlar olacaq və qanunsuz satışlar davam edəcək" — millət vəkilib bildirib.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir

Söhbət başqa məsələdən getdiyini deyən həmsöhbətimizin dediyinə görə, qanunverici orqanın borcu bunu tənzimləməkdir: "Bunun icrası necə olacaq, artıq bu, müvafiq qurumların və cəmiyyətin məsuliyyətidir. Mən qətiyyən proqnozlaşdırmıram ki, ideal vəziyyət olacaq".

Psixoloq Cavid Şahmalıyevin qənaətincə, qanunvericiliyə ediləcək dəyişiklik yeniyetmələrin alkoqollu içkilər və tütündən istifadəsini azaldacaq: "Bu, çox zəruri qanundur. Çünki hal-hazırda yeniyetmələr arasında siqaretə və spirtli içkilərə meyl artıb".

Mütəxəssis hesab edir ki, bu qanunla yanaşı, həm də televiziyalarda, radioda, ictimai yerlərdə sorğular keçirilməli, maarifləndirici layihələr hazırlanmalıdır ki, qanun daha sürətlə tətbiq edilərək nəticə əldə edilsin: "Bəzən valideynlər məsələnin ciddiliyini anlamırlar və uşaq yaşlarından övladlarına alkoqollu içki, siqaret verirlər ki, dadsınlar. Bu da gələcəkdə böyük fəsadların yaranmasına səbəb olur. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Cərimələrin tətbiqi valideynlərin məsuliyyətli olmasına səbəb olacaq".

"Yenə qeyd edirəm ki, cəmiyyəti maarifləndirmək lazımdır. Mütləq şəkildə son dəyişiklikləri insanlara çatdırmaq və qanun haqqında məlumatlar vermək lazımdır ki, valideynlər də yeni qanunun uşaqların xeyrinə olduğunu anlasınlar və onları pis vərdişdən uzaq tutsunlar" – deyə Cavid Şahmalıyev qeyd edib.

Sosio-psixoloq Əhəd Kazımov isə bildirib ki, sərt cəzalar tətbiq olunsa, valideynlər və satıcılar daha məsuliyyətli olacaqlar: "Valideynlərlə bağlı yeni qanunu da çox bəyəndim. Valideynin də məsuliyyəti artır və uşaqlarını zərərli vərdişlərdən uzaq tutmasına gətirib çıxaracaq. Alqışlanmalı qanundur".

© © KarikaturaSiqaretin bir tüstüsü 250 manata
Siqaretin bir tüstüsü 250 manata - Sputnik Azərbaycan
Siqaretin bir tüstüsü 250 manata

"Amma bu qanunu hər kəsin bilməsi üçün cəmiyyət arasında maarifləndirmə layihələri həyata keçirilməlidir ki, valideynlər məsələnin dərinliklərini anlaya bilsinlər. Bizim cəmiyyət üçün sağlam vətəndaşlar lazımdır. Buna görə də belə qanunların olması vacibdir" – deyə ekspert əlavə edib.

Xəbər lenti
0