BAKI, 9 iyun — Sputnik. Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi Bakıya sabah gətiriləcək.
Bu barədə "APA-Economics"ə açıqlamasında Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.
"Dəqiqləşdirilmiş məlumata əsasən, nazirin nəşi sabah 09:30-da Bakıya gətiriləcək" — deyə o bildirib.
Qeyd edək ki, N. Əliyevin nəşinin Bakıya bu gün gətiriləcəyi barədə məlumat verilmişdi.