BAKI, 9 iyun — Sputnik. Nyu-York ştatının qubernatoru Endryu Kuomo, ABŞ prezidenti Donald Trampı ölkəni tərk etməyə çağırıb. Sputnik Azərbaycan bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Tramp immiqrantların Amerikanı tərk eləməsi üçün fərman imzalayır. Gülməlidir. Axı sən özün də mühacirsən. Onda birinci elə sən özün bu ölkəni tərk elə" — mer deyib.
"Nyu-yorklular bilir ki, biz hamımız immiqrantıq. Elə sən özün də, əziz dostum" — o əlavə edib.
Qeyd edək ki, Donald Trampın valideynləri şotland əsillidir.