Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu qərar neftin qiymətinə ciddi təsir edəcək

© REUTERS / Morteza NikoubazlНефтяной танкер в Персидском заливе
Нефтяной танкер в Персидском заливе - Sputnik Azərbaycan
Abunə olmaq
Brent neftinin qiyməti 37 dollar/barel ola bilər

BAKI, 9 iyun — Sputnik. Nigeriya "Forcados" markalı neftin hasilatını bərpa etdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Nigeriyada hasilat işləri aparan Britaniya-Hollandiya birgə müəssisəsi — "Royal Dutch Shell" neft-qaz şirkəti açıqlama verib.

Qeyd edək ki, Nigeriyada sözügedən markadan olan neftin hasilatı 2016-cı il fevralın 21-də terrorçuların hücumundan sonra dayandırılıb. Analitiklərin fikrincə, fors-major halının aradan qaldırılması nəticəsində Nigeriyanın gündəlik neft hasilatı 10% artaraq 2 mln. bareli keçəcək. Bu isə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) birgə anlaşma nəticəsində bazardan çıxardığı həcmin 20%-nin yenidən əmtəə birjalarına çıxması deməkdir.

"Bloomberg" agentliyi yazır ki, bu ay "Forcados" markalı neftin orta günlük hasilat həcmi 250 000 barel təşkil edəcək.

"Report"un analitik qrupu bildirir ki, ABŞ-da neft ehtiyatlarının həcminin artmasından sonra Nigeriyanın hasilatı artırması ilə bağlı xəbəri neftin ucuzlaşmasını davam etdirə bilər. Texniki təhlillər göstərir ki, hazırda "Brent" markalı neftin qiyməti kritik həddə yaxınlaşıb. Qiyməti bundan da aşağı düşərək ilkin mərhələdə 37 dollar/barel, daha sonra isə 28 dollar/barel ola bilər.

Xəbər lenti
0