Türkiyə baş nazirindən "məsuliyyətsiz" ittihamı

© REUTERS / Umit BektasTürkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli
Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yıldırım İraqın ərazi bütövlüyü məsələsində ölkəsinin mövqeyinin açıq və qəti olduğunu bildirib

BAKI, 9 iyun — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım İraqın şimalındakı Kürdüstan Regional Hökumətinin referendum qərarı ilə bağlı açıqlama verib.

Sputnik Türkiyə xəbər verir ki, nazir İraqın ərazi bütövlüyü məsələsində ölkəsinin mövqeyinin açıq və qəti olduğunu bildirib.

“Bu məsələyə baxışımız açıq-aşkardır. Biz İraqın ərazi bütövlüyünü istəyirik. Bütün iraqlıların bir arada, bir dövlət olaraq yaşamasını istəyirik. Bölgəmizdə yetərincə problem var. Yeni bir problemin formalaşdırılmasının doğru olmadığını düşünürük və bu qərarın məsuliyyətsiz şəkildə verilmiş bir qərar olduğunu düşünürük”  – Binəli Yıldırım deyib.

Xəbər lenti
0