Dünya şöhrətli ulduzdan maraqlı etiraz forması

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçid64-й Каннский кинофестиваль
64-й Каннский кинофестиваль - Sputnik Azərbaycan
Abunə olmaq
Elmi araşdırmalara görə, insanlar ildə ancaq 1,5 dərəcəlik istilik artımına və atmosferdə bir milyonda 350 karbon parçasına dözə bilər

BAKI, 9 iyun — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın Paris İqlim razılaşmasından çəkilməsi haqda qərar qəbul etməsinə ABŞ-da etirazlar davam edir. Trampın qərarını tənqid edən aktyor Bred Pitt, amerikalı şoumen Cim Cefrinin televiziya proqramında prezidentin qərarını özünəməxsus tərzdə tənqid edib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, o, hava proqnozu aparıcısı kimi ekran qarşısına keçərək, "dünyanın heç bir gələcəyi yoxdur" deyib.

Qırmızı fonda göstərilən meteoroloji xəritənin qarşısında dayanan aktyor, dünyanın hər tərəfində havanın isti olacağını deyib.

Aparıcı Cim Cefrinin, "bəs gələcəkdə necə olacaq?" sualına Pitt, "dünyanın heç bir gələcəyi qalmadı" deyə cavab verib.

Elmi araşdırmalara görə, insanlar ildə ancaq 1,5 dərəcəlik istilik artımına və atmosferdə bir milyonda 350 karbon parçasına dözə bilər. Hazırda isə atmosferdə milyonda dörd yüz nisbətində karbon qazı var. Bu isə qlobal istiləşmə deməkdir. Məhz bu faktoru nəzərə alaraq dünyanın iri dövlətləri ötən il Fransanın paytaxtı Parisdə bir araya gələrək "İqlim Dəyişikliyi ilə Mübarizə" barədə razılığa gəlmişdilər. Çinlə birlikdə dünyada ən çox karbon tullantısına səbəb olan ABŞ, Donald Trampın hakimiyyətə gəlməsi ilə əvvəlki prezident Barak Obama tərəfindən imzalanan anlaşmadan geri çəkildiyini açıqlayıb. Digər iri dövlətlər isə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcəklərini açıqlayıb.

Xəbər lenti
0