BAKI, 8 iyun — Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyinə uzun müddət xəstəlikdən əziyyət çəkən şəxsin valideyni müraciət edib.
Müraciəti I qrup gözdən əlil Əzizov Zamir Əzizağa oğlunun anası Əzizova Solmaz Əlisahab qızı edib. O yazaraq bildirib ki, oğlu həm ümumi fiziki, həm də gözdən əlildir: "Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Burada müayinə zamanı bəlli oldu ki, oğlumun gözündə karatakonus xəstəliyindən buynuzlu qişa artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum-qonşuların maliyyə dəstəyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu hələ əməliyyatın ilkin mərhələsidir. Əməliyyatın ikinci mərhələsi üçün bizə bildirildi ki, 17000 AZN məbləğində pul vəsaiti lazımdır. Əməliyyat Türkiyənin İstanbul şəhərində "Dünya" göz klinikasında həyata keçirilməlidir. Yaxın üç ay ərzində bu məbləğ yığılmasa oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq".
Solmaz Əzizova qeyd edib ki, ailəsində beş əlil var. Bu səbəbdən bu məbləği yığmağa imkanı yoxdur: "Bizə AMRAHBank yardım edərək mənim oğlumun adına hesab açıb. Bütün imkanlı şəxslərdən bizə yardım etmələri üçün bir ana kimi yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədiyyən kor qala bilər. Bizə imkan daxilində maddi yardım göstərmənizi xahiş edirəm".
Yardım etmək istəyənlər aşağıdakı vasitələrdən istifadə edə bilər:
Hesab:AMRAHBANK ASC "Həzi Aslanov" filialı
SWIFT BİK AMRAAZ22
Hesabın sahibi: Əzizov Zamir
Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401
Müxbir hesab: AZ89NABZ01350100000000028944
VÖEN: 1400064171
Telefon: 055 540 50 94
050 285 56 55
055 366 79 66