BAKI, 8 iyun — Sputnik. İranın paytaxtı Tehranda baş verən terror hadisələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
"Terror hadisələri nəticəsində ölənlərin sayı 13, yaralıların sayı isə 43 nəfərə çatıb" — Zülfüqari bildirib.
Bundan əvvəl 12 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.