BAKI, 8 iyun — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.