BAKI, 8 iyun — Sputnik. İyunun 10-da "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, köçürülmə ilə əlaqədar olaraq BNA ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib.
NMM-nin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat lövhələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.