Mübariz Əhmədoğlu: “Türkiyə əlini Qətərin üstündən çəksə, hərbi əməliyyatlar başlayacaq”
Türkiyə Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi problemin həllinə gətirib çıxarmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycana deyir ki, Qətər özünü ərəb dövlətlərinin sırasından müəyyən qədər fərqləndirirdi: “Bu da ərəb dövlətlərinin xoşuna gəlmirdi. Ona görə də Qətərin siyasəti bəzən İrana yaxın kimi görünür. Ərəb dövlətlərinin əksəriyyəti onu özlərinin əleyhinə görürdü”.
“Qətər dövləti özünü təhlükələrdən sığortalamaq üçün son 5 ildə Türkiyə ilə intensiv dialoq aparırdı. Türkiyəyə bəllidir ki, Qətərin apardığı siyasət ərəb ölkələrini qane etmir. Qətər sabah ehtiyac olarsa, Türkiyədən hərbi, texniki və digər yardımlar istəyə bilər. Hal-hazırda Qətər məsələsinin açarı Türkiyənin əlindədir. Türkiyə əlini Qətərin üstündən çəksə yəqin ki, ərəb dövlətləri hərbi əməliyyatlara baş vuracaqlar” – deyə o bildirib.