BAKI, 8 iyun — Sputnik. Bakı şəhəri Qara Qarayev prospektində yol hərəkəti qaydalarının kobud pozuntusu qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "BakuBus"a məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hyundai Sonata) avtobus dayanacağında saxlayan şəxs avtobus sürücünün xəbərdarlıqlarına məhəl qoymayıb. Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməlində israr edib və avtomabilini dayanacaqdan çəkməyib. Bir neçə dəqiqə avtobus zolağına qanunsuz daxil olmaqla yanaşı həm də avtobus dayanacağının qarşısında dayanan sürücü sərnişinlərin müdaxiləsindən sonra həmin yeri tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, hadisə ilə bağlı BNA DYP-yə müraciət edib.