BAKI, 8 iyun — Sputnik. Alimlərin fikrincə, Azərbaycanın iki əsas təbii problemi var — torpağın çirklənməsi və ekstensiv heyvandarlıq. Azərbaycan 150 il ərzində 1,5 milyard ton neft hasil edib. Nəticədə bu müddət ərzində neftlə çirklənmiş torpaqlar 30 — 35 min hektara çatıb.
Hazırda respublikada torpaqların rekultivasiyası və təmizlənməsi prosesi gedir. Bu problemlə mütəmadi məşğul olan şəxslərdən biri də Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalovdur. Onun "Abşeron yarımadasındakı çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiyası" layihəsi "National Energy Globe Azerbaijan" mükafatına layiq görülüb.
14 iyun saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Telman Zeynalov, "Abşeronun ekoloji problemlərinin həlli üzrə cari vəziyyət" mövzusunda mətbuat konfransı keçirəcək. Burada ekoloq problemlərin perspektiv həlli ilə bağlı fikirlərini bölüşəcək.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.