BAKI, 7 iyun — Sputnik. Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir.
APA-nın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən "təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək".
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.