Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

SOCAR-ın törəməsi ləğv olundu

© Photo : Официальный сайт президента Азербайджанской РеспубликиЗдание высотой 200 метров состоит из 40 этажей. Фундамент здания был заложен 12 октября 2010
Здание высотой 200 метров состоит из 40 этажей. Фундамент здания был заложен 12 октября 2010 - Sputnik Azərbaycan
Abunə olmaq
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 18 ünvanına bildirə bilərlər

BAKI, 7 iyun — Sputnik. "SOCAR-KPŞ" MMC ləğv olunduğunu elan edib. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, S.Rüstəm küçəsi 18 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "SOCAR-KPŞ" SOCAR-ın törəməsidir. Şirkətin saytında yer alan məlumatda deyilir ki, onun yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda Azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm və texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır.

O da vurğulanıb ki, "SOCAR-KPŞ" MMC Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirib.

Xəbər lenti
0