BAKI, 7 iyun — Sputnik. İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper hazırlığı Mərkəzində olub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.
İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən Müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.