Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Səudiyyə Ərəbistanı regionun tək lideri olmaq istəyir”

© Sputnik / Murad OrujovПресс-конференция участницы проекта "Ты супер!" Хошгедем Мехтиевой
Пресс-конференция участницы проекта Ты супер! Хошгедем Мехтиевой - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, əgər Qətər öz maraqlarından geri çəkilməsə, çox güman ki, regionu rahat günlər gözləmir

İlqar Vəlizadə: “Qətər həmişə qeyri-ənənəvi siyasətin aparılmasına üstünlük verir”
Qətər və Səudiyyə Ərəbistanı arasında güc mübarizəsi həmişə olub. Bunu Sputnik Azərbaycana açıqlamasında politoloq İlqar Vəlizadə bildirib: “Biz indi bu mübarizənin nəticələrini görürük. Səudiyyə Ərəbistanı regionda təkbaşına lider olmaq istəyir. Bununla yanaşı, Qətər qeyri-ənənəvi siyasətin aparılmasına üstünlük verir. Baxmayaraq ki, Qətər rəsmiləri bu haqda danışmaq istəmirlər”.

“Bugünki vəziyyət onun göstərir ki, tərəflər arasındakı narazılıqlar açıq formada özünü göstərməyə başlayıb. Qətərlə əlaqələri kəsən ölkələr çalışacaqlar ki, o, oyun qaydalarını dəyişsin. Buna nail olsalar nisbi sakitlik davam edəcək. Əgər Qətər öz maraqlarından geri çəkilməsə, çox güman ki, regionu rahat günlər gözləmir” – deyə o bildirib.

Xəbər lenti
0