İranda sabitlik pozuldu: parlamentdə və Xomeyni türbəsində atışma gedir

© AP Photo / BEHROUZ MEHRI / Mediabanka keçidİran parlamenti
İran parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq bir neçə nəfəri girov götürüb

BAKI, 7 iyun — Sputnik. İran parlamentinə naməlum şəxslər tərəfindən silahlı hücum olub. Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadla xəbər verir ki, hücum edən şəxslər üç nəfərdir. Onlar bir neçə nəfəri girov götürüblər.

Son məlumata görə, hücum nəticəsində, ikisi sadəcə vətəndaş olmaqla 3 nəfər yaralanıb, bir nəfər təhlükəsizlik əməkdaşı isə həlak olub. Hücumun səbəbləri və hücumçuların tələbləri hələlik bəlli deyil. Hücum edənlərin şəxsiyyəti də müəyyən edilməyib. İranın təhlükəsizlik qüvvələri girovlar barədə məlumatı dəqiqləşdirməyib.

İran KİV-ləri üç nəfər silahlı şəxsin parlamentdə mühafizəçiləri yaralayaraq bir neçə nəfəri girov götürdüyünü, parlamentdə atəş səslərinin davam etdiyini xəbər verir. Həmçinin bildirilir ki, atışma Tehranın cənubunda, Xomeyninin türbəsi olan ərazidə də baş verib, yaralananlar var. Hücum edənlər Kalaşnokov avtomatından (AK-47) istifadə ediblər.

Xəbər lenti
0