Uşaq anadan olan kimi yeriməyə başladı

© AFP 2024 / JOEL SAGETYeni doğulmuş uşaq
Yeni doğulmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Anadan yeni doğulmuş körpə həkimin əlindən tutaraq yeriməyə başlayıb

BAKI, 6 iyun — Sputnik. Son günlər bütün dünya internetdə yayılan qeyri-adi olayın videosuna tamaşa edir. Artıq bu videoya 102 milyon 618 min 376 adam baxıb. 

Video Hindistanda doğulan qeyri-adi qabiliyyətə malik uşaq haqqındadır. Sputnik Qırğızıstan India Times-a istinadla xəbər verir ki, yeni doğulmuş körpə həkimin köməyi ilə ilk addımlarını atır.

Hadisə Hindistandakı doğum evlərindən birində qeydə alınıb. Kadrlardan da göründüyü kimi, həkim yenicə anadan olmuş körpənin qolundan tutur və balaca ilk inamlı addımlarını atır.

Sözügedən videoyazı Facebook-da Arlete Arantes adlı istifadəçi tərəfindən yayılıb. Bir neçə günə onu izləyənlərin sayı yüz milyonu keçib. Videoya 200 mindən artıq şərh gəlib. Bütün istifadəçilər bu körpəyə heyrətlərini ifadə ediblər.

Xəbər lenti
0