BAKI, 6 iyun — Sputnik. Azad Suriya ordusu paytaxt Dəməşq yaxınlığında hökumət qüvvələrinə aid döyüş təyyarəsini məhv etdiklərini bəyan edib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, müxaliflərin "Twitter" hesabından yaydığı məlumatda, Miq-21 tipli təyyarənin Tel Dekve bölgəsində vurulduğu bildirilib.
Məlumatda, pilotun öldüyü də qeyd olunub.
Digər tərəfdən, Əsəd rejiminə bağlı ordunun, iranlı döyüşçülərin dəstəyi ilə paytaxt Dəməşq ətrafındakı Alyaniyye və Əl-Ketibe kəndlərini ələ keçirdiyi bildirilir.